Sevdiyim qıza öz sevgimi bildirməliyəmmi?

    27.01.2017
Kimdən: 
Elvin bin Seedi
Sual: 
Salam aleykum qardaş.Sualim beledi:Sevdiyim qiza onu sevdiyimi demeyim gunah olur? Bele bir hedis eşittim: Peyğemberimiz s.a.v demişdir: Eger siz bir insani sevirsinizse ona bildirin.Allah s.t.sizi xeyirle mukafatlandirsin
Cavab: 
Və aleykum Salam. Ümumən sevdiyiniz qıza sırf onunla evlənmək niyyətilə öz sevginizi bildirə bilərsiniz. Ancaq hədislərdə qeyd olunan sevgi, sizin qəsd etdiyiniz sevgidən deyil. Bu sevgi sırf Allah xatirinə olan sevgidir. Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "Mən peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında oturmuşdum. Bir nəfər gəlib keçərkən dedi: "Ey Allahın peyğəmbəri, həqiqətən mən bu kişini (qardaşcasına) sevirəm; peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Sən bunu ona xəbər vermisənmi?" Kişi dedi: Xeyr. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: Qalx və get bunu ona bildir! O ayağa qalxdı və onun yanına gedərək dedi: "Ey filankəs, Allaha and olsun ki, həqiqətən mən səni Allah xatirinə sevirəm". O, dedi: "Əhəbbəkəllaahulləzi əhbəbtəni ləhu - Məni xatirinə sevdiyin (Allah), səni də sevsin!" (Əbu Dəvud, 5127). Bu hədisdə qeyd edilən sevgi də müsəlman qardaşını Allah rizası üçün sevməyi bildirməkdir. Həmçinin oxuyun: Sevgililər bir-biri ilə görüşüb, əl-ələ tuta bilərlərmi? 
Teqlər: 
Paylaş: