Xəstənin sağlam olanların arasına gəlməsi düzdürmü?
Sual:
Xesteni saglam olanlarin yanina getirmek olarmi?
Cavab:
Salam aleykum. Əgər xəstəlik keçicidirsə, qorunmaq məqsədilə həmin şəxs sağalana qədər ehtiyat etmək olar. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Xәstәni sağlam olanların arasına gәtirmәyin". (əl-Buxari, 5771-5774; Muslim, 2221).
Həmçinin digər hədisdə nəql olunmuşdur ki: "Cüzam xəstəliyindən şirdən qaçdığın kimi qaç". (əl-Buxari, 5707).
Bir başqa hədisdə də belə deyilmişdir: "Əgər bir yerdə taun varsa o yerə girməyin, əgər bir yerə taun gələrsə o yerdən çıxmayın". (əl-Buxari 5729, 5730; Muslim 5915).
Lakin, ehtiyat saxlayarkən, bunu ədəbli şəkildə, qarşı tərəfin xətrinə dəyməyəcək formada etmək və onun üçün Allahdan şəfa istəyərək çoxlu-çoxlu dua etmək lazımdır.