Ümmətimizin cahiliyyədən olan tərk etmədiyi dörd xislət hansılardır?

    12.01.2017
Kimdən: 
JALE
Sual: 
as-Salamu Aleykum. Ummetimizin cahilliyye adet-enenelerinden qalan terk ede bilmeyeci dord xisleti yaza bilersinizmi?
Cavab: 
Və aleykum Salam. Əbu Malik əl-Əşari (radıyəllahu anhu) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Ümmətimdə cahiliyyə adətlərindən dörd şey vardır ki, onları tərk etməzlər: əsil-nəcabətilə öyünmək (fəxr etmək), nəsəblərə tənə etmək, ulduzlardan yağış diləmək və şivən (ağlayaraq qışqır-bağır salan) qoparmaq". Sonra isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Şivən qoparan (qadın) etdiyi əmələ görə tövbə etməzsə, qiyamət günü (qəbirdən qalxdığı vaxt) əynində qatrandan şalvar və ağrıverici zireh olacaqdır". (əl-Beyhəqi, "əl-Kubra" 4/63; Muslim, 2/644).
Paylaş: