Qəzəblənəndə qaynanamı ürəyimdə söyürəm, günahdır?

    09.03.2017
Sual: 
Salam.. qaynanamla yalannan mehribanciliq yaradiram ama hec xoşum gelmir hereketlerinnen yoldawimin xətrinə mehribanam.. qaynanama eseblewende ureyimde soyurem menim bu hereketim gunahdi???hamile vaxti meni cox incidib indi ne elesede onu bagiwlaya bilmirem duzdu mehriban daniwiram gulurem qulluğunda dururam ama ureyim qirilib ureyden semimi ola bilmirem..bir wey olanda ureyimde soyurem
Cavab: 
Və aleykum Salam. Əgər qaynananız sizin haqqınıza giribsə, Qiyamət günü öz haqqınızı ondan alacaqsınız. Daha ətraflı: Qul haqqı barədə  
Ancaq siz çalışın söyüş söyməyəsiniz və yaxud da bəd dua etməyəsiniz, çünki söyüş söymək və çox bəddua etmək müsəlmana yaraşanmayan xüsusiyyətlərdəndir. Siz bir müsəlman kimi bilməlisiniz ki, Qiyamət günü hər kəs öz haqqını alacaq, üstəlik siz səbr etdiyinizə görə böyük mükafat alacaqsınız. Qaynana ilə pis davranmaq ər ilə də münasibətlərin soyumasına gətirə bilər. Ona görə də siz mükafatını Allahdan istəyərək səbr edin, narazı olduğunuz məsələləri isə ərinizə tək olanda nəsihət edin. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə də hörmət etməyən bizdən deyildir". (ət-Tirmizi, 1919). Digər bir hədisdə isə belə demişdir: "Yaşlılara hörmətin sayəsində insanın ruzisi və ömrü artır və yenə yaşlılara görə Uca Allah gənclərdən köməyini əsirgəmir"(ət-Tirmizi, 1702). Həmçinin oxuyun: Qaynanamla yola getmirəm, nə edim? 
Teqlər: 
Paylaş: