Allahın adlarını deyərək dua etmək olarmı?

    31.01.2017
Sual: 
Salam. Dua eden de Allahın adlarını demek ele dua elemek düzgündü? Helepdeki,Suriyadaki müsəlmanlar üçün nece dua ede bilerem?
Cavab: 

Və aleykum Salam. Dua edərkən Allahın adlarını deyərək Allahdan istəmək olar, lakin hər adın verdiyi mənaya görə dua etmək lazımdır. Məsələn, "Ey Rahmən, mənə mərhəmət et", Ey Razzəq, mənə ruzi" və s. Bunun üçün Allahın adlarının mənasını öyrənmək lazımdır. Uca Allah buyurur: "De: "İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur". (əl-İsra, 110). İslam bölməsindən Uca Allahın adları haqqında oxuyun.
Həmçinin oxuyun: Dualarım qəbul olmur, nə edim?

Teqlər: 
Paylaş: