Nişanlılar kəbin kəsildikdən sonra əlaqəyə girə bilərlərmi?

    02.02.2017
Sual: 
Nisanlıiken ele ele tutusmaq ve basqa elaqeye girmek gunahdi bilirem Ama kebin kesildikden sonrada gunah sayilirmi? nisanlıiken yasananlar
Cavab: 

Və aleykum Salam. Nişanlı olduğunuz dönəmdə aranızda kəbin varsa, ümumən görüşmək, söhbətləşmək olar. Lakin, nişanlı olmaq hələ evli olmaq demək deyil. Toyu olmağa az qalmış nişanları qayıdan bir çox oğlan və qız var. Ona görə də belə hallardan uzaq olmaq üçün evli vaxtı yaşanılan münasibətləri kəbin olsa belə, nişanlı vaxtı etməkdən çəkinmək lazımdır. Daha ətraflı: Sevgililər bir-biri ilə görüşüb, əl-ələ tuta bilərlərmi?

Paylaş: