Yağışda edilən dualar haqda...

    13.02.2017
Kimdən: 
muselmanka91
Sual: 
Salam aleykum.Bildiyimizə görə yağış yağarkən edilən dua tez qəbul olunur və həmd-səna da etmək lazımdır.Bəs hər gün yağış yağırsa dualarımızın qəbul olunmağa şans çox olur?Və əgər yağış arzu olunmaz vaxtlarda yağırsa necə dua etmək olar?Həmd etmək qəlbdən gəlməsə məcburuqmu etməyə? Yazda əkinlərə və s.ziyan olursa yağış yağmaması üçün dua etmək olmaz? Və belə halda başqa dua edərsə qebul olunar?Bu barədə fikirləriniz. Allah rizası üçün suallarima aydın izahatla cavabları verərdiniz. ALLAH sizlərə səbr versin.
Cavab: 
Və aleykum Salam.
1. Yağış yağarkən duaların qəbul olması haqda hədislər buna dəlildir. Daha ətraflı: Yağış yağarkən dua edin! 
2. Dua istəyə bağlıdır, istəsəniz dua edə bilərsiniz, istəsəniz yox. Həmçinin oxuyun: Dualarım qəbul olmur, nə edim? 
3. Həmd etməyin qəlbdən gəlməməsi imanın zəifləməsinə işarədir. Daha ətraflı:  İmanı artırmaq üçün nə etmək lazımdır? 
4. Siz yağışın dayanması üçün də dua edə bilərsiniz. Rəvayət edilir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yaşadığı dövr­də insanlara quraqlıq üz vermişdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) cümə günü xütbə verərkən bir bə­dəvi ayağa qalxıb dedi: “Ey Allahın elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bi­zim üçün Allaha dua et!” Peyğəmbər (sallallahu aleyhi və səlləm) əllərini göyə qaldırdı. O an biz göydə bir dənə də olsun bulud görmürdük. Canım Əlində olan Allaha and olsun ki, o, hələ əllərini aşağı salmamış (başımız üzərində) dağlar qədər bulud­lar to­pa­laş­dı və o, minbərdən yerə enməmiş mən onun saqqa­lından süzülən yağış dam­çılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün – növ­bə­ti cüməyədək yağış ara vermədən yağdı. (Cümə günü) həmin bədəvi (və ya baş­qa birisi) ayağa qalxıb dedi: “Ey Allahın elçisi, evlər dağıldı, mallar su altında qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər (sallalahu aleyhi və səlləm) əllə­rini göyə qaldırıb dedi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağ­dır”. Sonra əli ilə hara işarə etdisə, oradakı bulud topası dağıldı və Mədinə (səması) çalaya bənzədi. Qənat vadisində bir ay sel axdı, kənardan (Mədinə­yə) gələn hər kəs bol yağış­lar yağdığından danışırdı". (əl-Buxari, 933).
Teqlər: 
Paylaş: