Allahdan istəyəndə hər şeyin xeyirlisini istəmək lazımdır?

    13.02.2017
Sual: 
Salam.Allah sizden razı olsun.Mən her zaman Allahdan herşeyin xeyirlisini isteyirem.amma herşeyin.meselüçün_yemek bişirirem deyirem ki InşaAllah yemeyim Xeyirlisi ile yaxşı yemek olsun,Allahım sen her şeyi bilensen xeyirlisi deyilse,yanıb kül olsun yemek.Ve yaxud hal hazırda xesteyem çox şukur ki xesteyem deyirem.Eger xeyirlisidise sagalım,eger deyilse heç sagalmayım..Men sene guvenirem Allahım deyirem..Sizce çox abartılı dua edirem, bu düzgündü?
Cavab: 

Və aleykum Salam. Düzdür, dua etdikdə Uca Allahdan xeyirlisini istəmək lazımdır. Amma bəzən bu məsələdə də şeytan vəsvəsə verərək insanı həddini aşmağa sövq edir. Ənəs (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanlardan zəifləmiş, cücə kimi olmuş bir adamı ziyarət etdi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ondan: "Sən Allaha hər hansı bir şeylə dua edirdin və yaxud ondan bir şey istəyirdin?" deyə soruşdu. O adam belə dedi: "Bəli, mən; "Allahım! Mənə axirətdə bir cəza verəcəksənsə o cəzanı mənə (bu) dünyada ver!” deyə dua edirdim”. Bu zaman Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Subhəənəllaah! Sənin ona gücün çatmaz! Kaş ki, sən: "Allahummə ətinə fid-dunyə həsənətən va fil-əxirati həsənətən va qinə azəəbən-nəər!" (Allahım! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi Cəhənnəm əzabından qoru!" deyə dua etsəydin!" Daha sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun üçün Allaha dua etdi və ona şəfa verildi". (Muslim, 7011).

Teqlər: 
Paylaş: