Naməhrəm qadınla öpüşmək zina sayılırmı?

    18.02.2017
Sual: 
Salamun aleykom uzur isteyirem bu suallari verdiyime gore eger bir qadini sevirsense onunla opusmek yada basqa emeller edirse bagislayim qadinin na mehrem yerleroine el vurub opmey zina sayilirmi? sizden yenede cox cox uzur isteyirem bu suallari verdiyime gore bunlarida menden sorusurlar mende sie muraciet edirem
Cavab: 
Və aleykum Salam. Sevdiyiniz qadınla evlənmədiyiniz müddətdə o qadın naməhrəm sayılır. Naməhrəm qadınla isə təklikdə qalmaq, ona toxunmaq, öpmək və s. haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir". (ət-Tabərani). "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar". (İmam Əhməd: "Musnəd", 1/412). Ona görə də, həmin qadınla evlənmək, əks halda isə ondan uzaqlaşmaq lazımdır. Həmçinin oxuyun:
Paylaş: