İnsanın Cənnətə və ya Cəhənnəmə düşməsi nə vaxt bilinəcək?

    17.02.2014
Sual: 
Salam aleykum. Bu sual məni çox düşündürür. İnsanların cənnət və ya cəhənnəmə getməsi qiyamət günündə bilinəcək? Mənim eşitdiyimə görə qiyamət gününə kimi ölən insanlar Əraf adlanan yerdədirlər. Yalnız qiyamət günü hesabdan sonra insanların hara gedəcəyi bilinəcək? Bunu zəhmət olmasa izah edə bilərsiniz? İndidən çox sağolun. Allah razı olsun.
Cavab: 

Aleykum salam. İnsanların cənnətlik və ya cəhənnəmlik olması insan öldükdən sonra qəbirdə bilinir. Belə ki, əgər ölən şəxs mömindirsə, onun cənnətdəki yeri göstərilir və o, qiyamət gününün tez gəlməsini istəyir. Ölən şəxs kafirdirsə, onun cəhənnəmdəki yeri göstərilir və o, qiyamət gününün gəlməməsini təmənna edir. Bu haqda səhih hədislər rəvayət edilmişdir. Daha ətraflı: Möminin və kafirin ölümü

Teqlər: 
Paylaş: