Muaviyə Hind və Əbu Sufyanın oğlu olubmu?

    13.02.2017
Sual: 
Salam aleykum. Muaviye Hind ve ebu Sufyanin ovladi olub? Ve nece olub ki,Hind ve ebu Sufyan peygember sallalahu aleyhi ve sellemle duwmencilik ede-ede oz qizlarini ona ere vermiwdiler? Eziyyetinizi allah xeyirle evezlesin, cumlemizin elmini artirsin inweallah.
Cavab: 

Və aleykum Salam. Bəli, Muaviyə Hind və Əbu Sufyanın oğlu olub. Muaviyənin bacısı, Hind və Əbu Sufyanın qızları Ramlə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcəsi olmamışdan qabaq onun əri Ubeydullah ibn Cəhş idi. Onlar ikisi İslamı qəbul etmiş və Həbəşistana hicrət etmişdilər, lakin Ubeydullah ibn Cəhş Həbəşistanda Xristianlığı qəbul etmiş və Ramlədən ayrılmışdı. Həbəşistana hicrət edənlər Ramlə ilə birlikdə Mədinəyə qayıtdıqdan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ramlə ilə evlənmişdir. Bu evliliyə Əbu Sufyanın razılığı lazım deyildi, çünki Əbu Sufyan hələ müsəlman deyildi. Şəriət qaydasına görə isə ata müsəlman deyilsə, qadının vəlisi rəhbər, məscid imamı və ya həmin ərazidə yaşayan ağsaqqal olur. Ramlə bint Əbu Sufyan Ummu Həbibə (Allah ondan razı olsun) adı ilə də tanınır. 

Teqlər: 
Paylaş: