Adəmin ilk yoldaşının adının Lilit olması doğrudurmu?

    22.02.2017
Kimdən: 
A
Sual: 
Salam. Bezi yerlerde deyilene gore hz Ademin ilk yoldasi lilit olub bu dogrudu?
Cavab: 

Və aleykum Salam. Səhih mənbələrdə Adəmin ilk yoldaşının adının Həvva olması bildirilir. Qurani-Kərimdə Həvvanın adı qeyd edilməsə də, səhih hədislərdə Həvva adı qeyd edilmişdir. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) demişdir: “Əgər İsrail oğulları olmasaydı, ət xarab olmazdı, və əgər Həvva olmasaydı, heç bir qadın ərinə xəyanət etməzdi”. (əl-Buxari, 3330). Vaxtı ilə Allah İsrail oğullarına buyurmuşdur ki, yemək hazırladıqda ancaq təzə ətdən istifadə etsinlər. Lakin onlar buna məhəl qoymayıb əti saxlamağa başladılar. Bəşəriyyətin anası sayılan Həvva Cənnətdə ikən Adəmi dilə tutub onu qadağan olmuş ağacın meyvəsindən dərməyə təşviq etmiş, beləliklə də, ona xəyanət etmişdir.

Utiyy ibn Damurə əs-Sədi deyir: "Bir nəfər qoca kişinin Mədinədə söhbət etdiyini gördüm və onun kimliyini soruşdum. Dedilər ki, o Ubeyy ibn Kəəbdir. O deyirdi: "Adəm vəfat edəndə övladlarına dedi: "Ey oğullarım! Mən Cənnət meyvələrindən dadmaq istəyirəm". Övladları da meyvə dalınca getdilər. Mələklər Adəm üçün gətirdikləri kəfən və hənut ətiri ilə onların qarşısına çıxdılar. Onlarda balta, zənbil və ip var idi. Mələklər dedilər: "Ey Adəm oğulları! Hara gedirsiniz? Nə axtarırsınız?" Adəmin oğulları dedilər: "Atamız xəstədir. Ürəyi Cənnət meyvəsi istəyir". Mələklər dedilər: "Geri qayıdın. Atanızın vaxtı qurtarıb". Onlar geri qayıtdıqda Həvva mələkləri görüb tanıdı və Adəmə tərəf qaçdı.  Adəm dedi: "Məndən kənar dur. Onsuz da sənin vasitənlə aldadılmışam. Məni Rəbbimin mələkləri ilə tənha qoy".  Mələklər onun ruhunu çıxarıb yudular, kəfənlədilər, ətirlədilər, qəbrini ləhd (qəbirin içində sağ tərəfə yönəlik oyuq) formasında qazıdılar, cənazə namazını qıldılar və onu qəbirə endirib yerləşdirdilər və üzərini torpaqla örtdülər və dedilər: "Ey Adəm oğulları! Bu sizin sünnənizdir". (Abdullah ibn Əhməd "Zəvaid əl-Müsnəd" 5/ 136; ət-Tabərani "Mucəmul-Əvsət" 8261, 9259).

Teqlər: 
Paylaş: