Peyğəmbərə Quran nazil olarkən savadsız idisə, necə tacir olub?
Sual:
Məhəmməd peyğəmbərə quran nazil olarkən savadsız idisə necə ticarət başçısı olurdu?
Cavab:
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) savadsız yox, yazıb-oxuya bilməyən insan olub. Bu isə sırf savadsızlıq deyil. Günümüzdə o qədər insan var ki, yazıb-oxuya bilməsə də güclü ticarətçidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də ticarət edib və uğur qazanan tacirlərdən olmuşdur.