Homoseksuallığı dini yolla sağaltmaq mümkündürmü?

    19.03.2017
Kimdən: 
Oglan
Sual: 
men Vaxtinda oz atamin emisi nevesi ile cinsi elaqede olmusam Usaqliqdan meni bele bir sey etdi ve men sonra bir basqa kisiyle cinsi elaqede oldum 2 ya 3 defe ama 3 ildi ki bele bir sey ureyimde olsada etmirem bele sey Allahdan qorxdugum ucun olmuram . Mene bunu oyreden bu insan gunahkardi yoxsa men .Artiq ozumden asili deyir Yasli kisi gorurem ozumu saxlaya bilmirem menim hevesim Cavan oglanlara yox yasi cox olanlaradi . amma cinsi elaqeye girmirem .Bunu arasdirdim sagalmaq ucun .Psixolojik bir xestelik olmadigini dediler amma beyini silerek bunnan qurtarmaq olar dediler .ancaq onlarin dediyi mebleg mende yoxdu . Deyiller dini yolla sagaldillar seytan emelidi cinsi elaqede olmuram
Cavab: 
Salam aleykum. Uşaq vaxtı bilmədən etdiyiniz əməllərə görə sizə günah yazılmır. Ömər ibn əl-Xattab rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi-büluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...". (Sunən Əbu Davud, "Hudud", 17 - 12/50, №: 4391; İrva əl-Ğalil, 2/4, №: 297). Amma yetkinlik yaşına çatandan sonra bu əməli etmək böyük günahlardandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "…heyvan ilə cinsi yaxınlıq edənə Allah lənət etsin, Lut qövmünün əməlini (homoseksuallıq) edənə Allah lənət etsin!". (İmam Əhməd, 1878).
Günah əməllər etmək barədə fikirlərin gəlməsi şeytanın vəsvəsəsidir, vəsvəsədən isə yalnız Uca Allaha sığınmaqla və Onun buyurduğu qaydada qorunmaq olar. "Beyni silmək" kimi şeylər isə tibbdə yoxdur və yalandır. Sizi bu əmələ öyrədən isə əlbəttə ki, böyük günah qazanmış olur. Daha ətraflı:
Paylaş: