Qəbirin yerini hansı hallarda dəyişmək olar?

    19.02.2017
Kimdən: 
Emin
Sual: 
Salam qardas olunun yerin deyismek hansi sertlerde olar?
Cavab: 

Və aleykum salam. Ciddi zərurət olmadan qəbirin yerini dəyişmək haramdır. Zərurət halları aşağıdakılar ola bilər:

  • qibləyə tərəf dəfn olunmazsa,
  • qüslsuz, kəfənsiz dəfn olunarsa,
  • qəsb edilmiş kəfəndə və ya yerdə dəfn olunarsa, yaxud ipək paltarda dəfn olunarsa,
  • məzara daş-qaş və ya digər qiymətli əşya düşərsə,
  • qeyri-müsəlmanların qəbirstablığında basdırılarsa,
  • su basması nəticəsində qəbirlər üzə çıxarsa,
  • qəbirstanlıq ərazisindən yol, su xətti və s. keçərsə,
  • qəbir düşmən tərəfdə qalarsa

və s. (İbn Abidin: "Raddul-Muxtar", 2/233-246; əl-Fətəva əl-Hindiyyə, 1/165-167; Muhəmməd əs-Səraxsi: "əl-Məbsut", 2/65; İbn Teymiyyə: "əl-Fətəva", 24/303; ən-Nəvəvi: "əl-Məcmuu", 5/303; İbn Həcər: "Fəthul-Bari", 3/276).

Paylaş: