Diri bala doğan balıqlar və dişi dovşan haramdırmı?
Sual:
Salam aleykum. Haram etler haqda yazardiniz zehmet olmasa. Bezi adamlar disi dovsan etinin (guya aybasi oldugu ucun), diri bala dogan baliqlarin haram olmasini deyirler, amma menim bildiyime gore ise halaldir. Sizden xahiwim quran ve sehih hedislerden bunun isbatini yazmanizdir. Allah sizden razi olsun.
Cavab:
Və aleykum Salam. Yalnız suda yaşayan və quruya çıxmayan bütün heyvanların yeyilməsi halaldır. Quran və səhih hədislərdə dəniz heyvanlarının bəzilərinin haram olması haqqında heç bir göstəriş yoxdur, yəni bütün dəniz qidaları halaldır. Uca Allah buyurur: "Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun!" (əl-Maidə, 96).
Həmçinin oxuyun: Dovşan əti və quş ətlərini yemək halaldırmı?