Pis valideynlərə nifrət etmək düzgündürmü?

    29.03.2017
Kimdən: 
qul
Sual: 
salam evvelce size valideyinlerin ovlada davranisi ile bagli bir sual verecem .Deyiller valideyinin uzune ag olan ovlad cehenneme gedecek. Menim atam anam meni 6 ayliqimdan neneme veribler saxlayib nenem meni 19 yasima qeder . Amma inanin men ata anaya pis ovlad deyilem ama atam anam derdime yanmir xestelenende bele olume terk edirdiler meni bu 19 ildi davam edir. Atam agzima soyub 4 defe anam deyir mene ana deme oda soyur . men uze agliq yox onalara nifret eedirem uzlerini bele gormek istemirem .cox sebr etdim ve Meni saymadilar bir ovlad olaraq safligimi temiziliyimi itirmemeye calisdim .Neneme baglanmisam artiq qopa bilmirem men bele biriyem sizce hansimiz gunahkariq
Cavab: 
Və aleykum Salam. İslamda Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) haqqından sonra ən böyük haqq valideyn haqqı hesab olunur. Həmçinin, övladın da valideyn üzərində haqları vardır. Uca Allah öz mərhəməti və ədaləti sayəsində həm valideyn üçün, həm də övlad üçün haqlar müəyyən etmişdir. Əgər valideyn övladına qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir. Həmçinin, övlad da valideynə qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir. Onlar sizə pislik etsələr də, sizi valideyn qayğısından məhrum edərək körpəliyinizdən nənənizə saxlamağa versələr də, hər bir halda sizin valideyninizdir və onların sizə qarşı belə davranması valideyn adını və haqlarını onların üstündən almır. Siz çalışın ki, bir müsəlman övlad olaraq öz üzərnizə düşən vəzifələri yerinə yetirəsiniz. Onlarla əlaqə saxlayın, onlara haqqı gözəl şəkildə başa salın və sizə qarşı etdiklərinin böyük günah olduğunu başa salasınız. Onlar sizi söysələr belə, eyni şeyi siz də onlara qarşı etməyin. Hər kəs öz əməlinin cəzasını alacaq: "O gün (Qiyamət günü) insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8); "Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir". (əl-Bəqərə, 286). Həmçinin oxuyun:
Paylaş: