Allahdan ömrün qısa olmasını istəmək olarmı?

    29.03.2017
Sual: 
Esselemu aleykum Men elhemdulilleh coxdandi ibadet elirem sadece lap evvelden yaşamag hevesim dunyaya bagliligim yoxdu bu dünyaya sadece günahlar işlenen yer kimi baxiram bacardigca Allahin ipinden tuturamki hec deyilse axiretim zay olmasin. Bele düşünmek naşükürlük hesab olunmurki? Yeni Allahin yazdigi ömrün uzun olmamasini istiyirem xeyirli olsun yeter Allah razi olsun
Cavab: 

Və aleykum Salam. Sizin Allaha bağlılığınız gözəl haldır, lakin unutmaq olmaz ki, Axirət savabları dünyada qazanılır. Abdullah ibn Busr (Allah ondan razı olsun) rəvayət edir ki, bir bədəvi dedi: "Ey Allahın Elçisi, ən xeyirli insan kimdir?" Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyur­du: "Ömrü uzun və əməli gözəl olan kimsə". (ət-Tirmizi, 2329, 2499).

Teqlər: 
Paylaş: