Yasin surəsi 4-cü gün axşam, yoxsa 5-ci gün oxunmalıdır?

    01.04.2017
Kimdən: 
Elmira
Sual: 
Ve Selaymun eleykum.Size sualim Qurani Yasin suresini 4-cu yoxsa 5-ci gun oxumaliyiq? Ewitmiwem ki iksindede olar yeni 4-cu5-ci gunde oxumaq olar esas hacan oxunmalidir? Birde ki olulere salavat coxluca 4-ci gun cox salavat edilse savab sayilir yeni bu duzdu? Cox sag olun Allah razi olsun indiden Twk.
Cavab: 
Və aleykum Salam. Yasin surəsini hansı gün oxunması barəsində dinimizdə heç bir məlumat yoxdur. Cümə axşamı və ya cümə günü yalnız əl-Kəhf surəsini oxumaq barəsində səhih hədislər var. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: "Kim Cümə gecəsi "əl-Kəhf" surəsini oxuyarsa, bu, onunla Ətiq (Kəbə) evi arasında nur saçar". (əd-Dərimi, 3407). 
Salavat ölən insanlar üçün deyil, Məhəmməd Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyilir. Daha ətraflı: 
Teqlər: 
Paylaş: