Savab işin mükafatı nə qədərdir?
Salam aleykum. Quran və Sünnədə savab və günahların dərəcəsi əməllərə görə təyin olunmuşdur. Ancaq ümumilikdə isə Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) belə demişdir: "Adəm övladının hər bir əməli özü üçündür. Hər bir yaxşı əməlinə görə ona, ondan yeddi yüzə qədər savab artırılır. Uca Allah buyurur: "Orucdan başqa. Oruc Mənim üçündür və bunun əvəzini də Mən verirəm. (Oruc tutan) şəhvətini və yeyib-içməyini Mənim üçün tərk etmişdir". (Muslim, 1151).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah buyurur: "Heç şübhəsiz ki, Allah bütün yaxşı və pis əməlləri yazmışdır". Sonra bunu açıqladı: "Hər kim bir yaxşılıq etməyi niyyət edib (qərarlaşdırıb), lakin onu yerinə yetirməzsə, Allah onu öz dərgahında tam bir həsənə (savab, yaxşı əməl) olaraq yazar. Hər kim də bir yaxşıliq etməyi niyyət edib (qərarlaşdırıb) və onu yerinə yetirərsə, Allah onu öz dərgahında on həsənətdən yeddiyüz həsənətə qədər yazar. Hər kim bir pis əməl etməyi niyyət edib (qərarlaşdırıb), lakin onu yerinə yetirməzsə, Allah onu öz dərgahında bir həsənə (yaxşı əməl) olaraq yazar. Hər kim bir pis əməl etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında tam bir pis əməl olaraq yazar". (əl-Buxari, 6491; Muslim: 131, 1945, 2763).