Təzyiqi aşağı salmaq üçün spirtli içkidən istifadə etmək olarmı?
Sual:
Salam.Allah hamınızdan razı olsun.İzləyirəm sizi və çox lazımlı məsləhətlərinizdəm fayfalanıram.
Mənim belə bir sualım var:Özüm namaz qılıram və Allaha bağlı bir insanam.Son vaxtlar məndə yüksək Arterial Təzyiq yaranıb.Neçə müddətdir ki,həkimləri gəzirəm,qəbul etmədiyim dərman qalmayıb,amma təzyiq yüksək olaraq qalır.Və həkimlər bu dərdə çarə tapa bilmir.Tanışlardan biri deyir ki 100 qram spirtli içki qəbul et düzələcək.Mən nə edim xahiş esirəm bir yol göstərin
Cavab:
Və aleykum Salam. Müalicə məqsədilə içki içmək haramdır və həmçinin haramlarda şəfa yoxdur. Çalışın başqa dərmanlardan istifadə edin. Daha ətraflı:
Müalicə məqsədilə içki içmək haqqında