Ərim bizi tərk edib xaricə gedib, ondan necə boşana bilərəm?

    21.04.2017
Kimdən: 
anonim
Sual: 
SALAM.Xahiş edirem tez cavablandlraslz.Men 8il aileli olmuşam.9ay bunnan qabaq yoldaşlmnan ayrildlm.Yeni obizi istemedi.3uşaq var.8il boyunca keçine bilmirdik.tehqir şiddet.9aydl bizi ne axtarır ne soruşur.men namaz qilanam.telefon vasitesiyle bir namaz qilan oğlanla tanlş olmuşam. Bir birimi çox isteyirik .o ele bilşrki men boşanmlşam.kebinnende ayrıyam.Aramlzda zina olmayıb.Ancaq telefon söhbeti.men ona deye bilmiremki men boşanmamlşam.Yoldaşlmda meni boşamlr.çlxlb gedib rasiyaya.men anamln evinde waliram.Bilmek istiyirem.bunun günahl nedi?men ne vaxt kebinnen boş sayila bilerem.tez cavablandlrln xahiş edirem.30yaşlm var
Cavab: 
Və aleykum Salam. Əgər yoldaşınız sizə "boşayıram" sözünü deyibsə və yaxud qarşılıqlı razılıqla boşanmışınızsa, artıq boşanmış sayılırsınız. Bu halda kəbin kağızı qüvvədən düşür. Amma əgər boşanma olmayıbsa, ərinizin yaxınları və ağsaqqalları ilə əlaqə saxlayın və bu vəziyyəti həll edin. Naməhrəmlə danışmaq isə günah sayılır. Əgər onun sizə fikri ciddidirsə, ərinizlə boşandıqdan sonra sizinlə kəbin kəsdirə bilər. Daha ətraflı: 
Teqlər: 
Paylaş: