Azandan sonra oxunan duada aşağıdakı əlavələr varmı?
Sual:
Salam Aleykum.mən azan duasında Allahummə rabbə həzihid.də vatid təmmə vəssalətil qaimə əti muhammədənil vəsilətə vəl fədilətə vəddaracətəl rafia.vəb ashu məqaməl məhmudənilləzi və attəh.innəkələ tuxliful miad deyib Savalat gətirirəm.kursda belə öyrədiblər bizə.saytda isə vəddaracətəl rafia sözü yoxdu.Mən səhv oxuyuram eləsə.ən düz hansıdı onu yazında.Assalamun aleykum və rahmətullah
Cavab:
Və aleykum Salam. Səhih hədislərdə siz dediyiniz əlavə yoxdur. Səhih hədislərdə aşağıdakı kimidir:
"Allahummə Rabbə həzihi-d-də'vati-t-təmməti va-s-saləti-l qaiməti əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəb'ashu məqamən məhmudəni-l-ləzi va'adtəhu".
"Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır". (əl-Buxari, 1/152).