Ali məktəbə girə bilmədiyimə görə mənə tən edənlər günah qazanırmı?

    15.04.2017
Kimdən: 
Humay
Sual: 
Salam Sizə bir sualim olacaq mən 2dəfə ali məktəbə girmək üçün imtahan verdim lakin kəsildim.Mənim bu halima kinayə ilə zarafat edirlər onlar günah edirlərmi?
Cavab: 

Və aleykum Salam. Sizin hər hansı uğursuzluğunuza görə sizi ələ salıb xətrinizə dəyənlər günah qazanırlar və sizin haqqınıza girirlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır". (əl-Hucurat, 11). Daha ətraflı: Qul haqqı barədə

Paylaş: