Fağır olmaq günahdırmı?

    15.04.2017
Kimdən: 
Fağır insan
Sual: 
Salam, mən uşaqlıqdan bəri fağır insanam, başda valideynlərim olmaqla hər kəs məni danlayır, sakit olma fəal ol. Amma ola bilmirəm. Mən nə edim ? Fağır olmaq günahdırmı ?
Cavab: 

Və aleykum Salam. Başqalarının haqqına girmək haram olduğu kimi insanın özünün öz haqqını və ailəsinin haqqını qorumaması da düzgün deyil. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç şey vardır ki, onları özündə cəm edən şəxs, imanı özündə cəm etmiş olar: özünə qarşı insafla rəftar etmək, hər kəsə salam vermək və kasıb ola-ola malından başqalarına xərcləmək". (İbn Həcər "Fəthul-Bəri" 1/82). Daha ətraflı: Komplekslərdən azad olmaq üçün dua 

Paylaş: