Mömin qadının ailəsi cahildirsə, onların təsirindən necə qorunsun?

    21.04.2017
Kimdən: 
Allah bendesi
Sual: 
Salam...Bir xanim var Mominedir lakin ailesi gunah ehlidirler bu xanim cox narahatdiki bu muhid de boyuduyne gore geleceyde ailesine usaqlarina qarsi bele olar...Bu insan ne etmelidir?
Cavab: 

Va aleykum Salam. Bu insan tələsmədən və bezmədən Allaha dua edərək ailəsini haqq yola dəvət etməlidir. Dəvət zamanı hikmətli, əxlaqlı və səbirli olmaq, dinin əleyhinə danışarlarsa bunun böyük günah olmasını gözəl şəkildə bildirmək lazımdır. Uca Allahın ayələrini və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədislərini yaxşı öyrənib tez-tez xatırlatmaq, öz sözlərinizlə izah etməkdən daha təsirlidir. Əvvəlcə tövhid, şirk kimi əsas məsələləri çatdırmaq, sonra digər mövzulara mərhələ ilə keçmək lazımdır. Bunların hamısını bir gündə yox, hər dəfə yavaş-yavaş yadda qalacaq qədər demək yaxşıdır. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Həminçin, özü də sabit qalmaq üçün imanını artırmalı, dini öyrənmək üçün vaxt ayırmalı və özü kimi mömin bacılarla ünsiyyətdə olmalıdır. Daha ətraflı: 
İslamda, haqqa dəvət necə aparılmalıdır? 
İmanı artırmaq üçün nə etmək lazımdır? 

Teqlər: 
Paylaş: