Evdə itdən başqa digər heyvanları saxlamağın icazəli olması haqsızlıq deyilmi?
Sual:
Salam alaikum. Size bir sualim var. Niye mehz iti evde saxlamaq olmaz? Bashqa heyvanlara icaze verilir,amma mehz it saxlamaq muselman dunyasinda gunahdir?! Niyeside efsanalerde yazilir,yeni ki bir fakt ortagligda yoxdu. Heyvan saxliyan eve melekler girilmir,amma qalan evde ne saxliyirsan saxla melekler girir?! Haqqsizliq deyil mi sizce? Belke ele bir insan var ki evinde(kvartira) it saxlamaga mecburdu, onda helesi neynesin?
Cavab:
Və aleykum Salam. Bu qadağa əfsanə deyil, Uca Allah öz peyğəmbəri (salləllahu aleyhi və səlləm) vasitəsilə bunu bizə bildirib. Uca Allah buyurur: "O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir". (ən-Nəcm, 3-4).
İtin ağız suyu murdardır. Müasir tibb elmi sübut edib ki, itin ağız suyunda insan orqanizminə zərər toxundura biləcək mikroblar var və hər hansı bir yerə dəydikdə, onu adi su ilə yumaq mümkün olmur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Biriniz, it yalayan qabını təmizləmək istədikdə, onu birincisi torpaq olmaqla, qalanları isə su ilə yeddi dəfə yusun!" (Muslim, 279). Elm inkişaf etdikcə, bu qadağaların səbəblərinin bir qismini təsdiq edir. Evinin içində deyil, həyətində mühafizə üçün it saxlamağa icazə verilir. Daha ətraflı: