Cənnətdə cinsi yaxınlıq dünya həyatındakı kimi olacaqmı?

    07.05.2017
Kimdən: 
Zaka
Sual: 
Salam. Cennetde cinsi elaqe nece olur? dunya heyatindaki kimi olur, yoxsa ferqlidi?
Cavab: 

Va aleykum Salam. Cənnətdə cənnət əhlinin arzuladığı hər bir şey, o cümlədən cinsi münasibət də olacaq. Uca Allah buyurur: "Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun! Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır...". (əz-Zuxruf, 70-71). Həmçinin buyurmuşdur: "Həqiqətən də Cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər". (Yə Sin, 55-56). İbn Abbas (Allah ondan razı olsun) və başqa təfsir alimləri demişlər ki: "Bu ayədə nəzərdə tutulan həyat yoldaşlarıyla sevişmələri və bir-birlərini sevmələridir. Necə ki, Uca Allah buyurur: "ərlərini sevən, həmyaşıdlar". (əl-Vaqiə, 35-37)". Ancaq cinsi həyatın necəliyi barədə dini mənbələrdə məlumat verilməyib, lakin xəyala gəlməyən şəkildə bu dünyadakından qat-qat gözəl və həzz verici olacaq. Hətta cənnət əhlinin hər birinə yüz kişinin qüvvəsi veriləcək. Zeyd ibn Ərqam (Allah ondan razı olsun) demişdir: "Bir yəhudi kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Əbul-Qasim, sən iddia edirsən ki, Cənnət əhli orada yeyib-içir?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Canım Əlində Olana and olsun ki, həqiqətən, onların hər birinə yeyib-içmək, şəhvət və (qadınla) yaxınlıq etmək üçün yüz kişi qüvvəsi veriləcək". Yəhudi ona dedi: "Həqiqətən, yeyib-içənin zəruri ehtiyacı var". Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Onların ehtiyacları müşk kimi dərilərindən çıxan tər olacaq. Bununla da qarınlarındakı həzm olacaq". (İbn Hibban, 7381).

Başqa rəvayətdə: "Muhəmmədin nəfsi əlində olana and olsun ki, bir gecədə 100 bakirə qadına yaxınlaşacaq". (Əbu Nuaym "Sıfətul-Cənnət", 2/215; ət-Tabərani "Mucəmus-Sağir", 2/12-13; əl-Beyhəqi "əl-Bə'su van-Nuşur", 365).

Teqlər: 
Paylaş: