Qiyamətə qədər Cənnətə və ya Cəhənnəmə gedən olacaqmı?

    07.05.2017
Sual: 
Salam menim bir sualim olacaqdi. Axirete qeder müselmanlara cennet ve cehennem qapisi bağlidirmi ya nece? Başa sala bilersiniz?
Cavab: 

Və aleykum Salam. Qiyamət gününə qədər Cənnətə və ya Cəhənnəmə heç kəs düşmür, lakin şəhidlərin ruhu cənnət quşlarının daxilindədir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Şəhidlər Cənnət qapısının yanında olan "Bəriq" çayının üzə­rin­də yaşıl çadırdadırlar. Səhər-axşam onlara Cənnətdən ruziləri gətirilir". (İmam Əhməd, 2390). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, qüdrət və qüvvət sahibi olan Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət mey­vələrindən yeyir və Ərşin kölgəsində yerləşdi­ril­miş qızıl çıraqla­rın yanına qayıdırlar. Yemək-içmək­lərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördükləri zaman de­yir­lər: "Kaş ki, qardaş­la­rımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yo­lunda olan cihaddan qorxub qaçmayaydı­lar". Allah: "Mən sizin de­dik­lərinizi onlara bildirərəm!" - dedi və bu ayələri Öz elçisinə nazil etdi: "Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər". (Ali-İmran, 169)". (Əbu Dəvud, 2158, 2520, 2522). Həmçinin, uzun bir hədisdə qəbir həyatında mömin üçün Cənnətdən, kafir üçün isə Cəhənnəmdən bir pəncərə açılacağı, gedəcəkləri yeri görəcəkləri bildirilmişdir. Daha ətraflı: Möminin və kafirin ölümü 

Teqlər: 
Paylaş: