Musiqinin hansı növünə qulaq asmaq olar?
Sual:
Salam.Namaz qılan insan bütün musiqilərə qulaq asa bilərmi?
Cavab:
Va aleykum Salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qadınlara öz aralarında dəf çalaraq oxumağa və oynamağa, həmçinin qadının öz əri üçün rəqs etməsinə icazə vermişdir. Digər bütün hallarda isə musiqini və rəqsi qadağan etmişdir. Daha ətraflı: Musiqi dinləmək, oxumaq və rəqs etmək icazəlidirmi?