Uzun müddətdir ki, etdiyim dua qəbul olmur, nə edim?

    12.05.2017
Sual: 
Salam aleykum.Xahis edirem mene komek edin Allahin izniyle.Men nece vaxtdi cox ehtiyacim olduqum bir iwim ucun Allaha dua edirem ama duam qebul olunmur ,10 aydir.Men nece edimki duam qebul olsun,Allaha hemd olsun haramlardan bacardiqim qeder cekininirem ,ibadetleride vaxtinda edirem wukur olsun,ama daha bezirem heyatdan.Hedislerde var ki,gecenin son üçde birinde,cume gununde .ve.s Allah dualari qebul edir,ne qeder elesemde hec qelbime bu iwimle baqli bir rahatliq gelmir,saatlarla dua edirem.Mene nese nesihet ederdiz.evvelceden teşekkurler.Allah elminizi artirsin
Cavab: 
Va aleykum Salam. Möminin etdiyi dualar heç vaxt hədər olmur. Hər bir halda siz səbirlə, bezmədən, tələsmədən dualara və xeyirli əməllərinizə davam edin. Yaqub peyğəmbər oğlu Yusufa qovuşmaq üçün, Əyyub peyğəmbər xəstəliyinin sağalması üçün, Məryəmin anası övladının olması üçün illərlə dua etdilər. Bilin ki, hər etdiyiniz dua üçün savab qazanırsınız. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736). Həmçinin, ola bilər ki, nəzərdə tutduğunuz iş sizin üçün xeyirli olmasın. Ona görə dua etdikdə xeyirli olanı istəyin. Daha ətraflı:
Teqlər: 
Paylaş: