Boşandıqda uşaqlar atada qalır, yoxsa anada?
Və aleykum Salam. Əgər boşanmış qadın başqa kişiyə ərə getmirsə, uşaq anada qalmalıdır və ananın buna daha çox haqqı vardır. Rəvayət edilir ki, bir qadın Rәsulullaha (salləllahu aleyhi vә sәllәm) müraciәt edib dedi: "Mənim uşağım var, amma atası onu mənim əlimdәn almaq istəyir". Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona dedi: "O vaxta qədər ki, sən başqa birinə ərə getməmisən, uşağa sәnin daha çox haqqın var". (İmam Əhmәd, 2/231; Əbu Davud, 3/324, №: 2276; əl-Albani "İrva əl-Ğalil" kitabına (7/244) hədisi həsən olaraq təsnif etmişdir).
Ömәr ibn əl-Xattab (Allah ondan razı olsun) ənsarlardan olan bir qadın ilə uşaqları olduğu halda boşandı və bir gün Ömər (Allah ondan razı olsun) gəlib uşağı aparmaq istəyəndə, uşağın nənəsi çıxıb Ömərlə mübahisə etdi və uşağı aparmağa icazə vermədi. Bu vəziyyətdə Ömər Əbu Bəkrə (Allah onlardan razı olsun) müraciət etdi ki, bu haqda şəriәtə uyğun hökm çıxarsın. Әbu Bəkr dedi: "Uşaq anasında qalsın!" Ömər də bu qərarla razılaşdı". (İmam Malik, "əl-Muvatta" əsəri).
Uşaq atada aşağıdakı istisna hallarda qala bilәr:
-
Ana başqa bir kişiyə ərə gedərsə ("Şərhul-Mumti" kitabı, 6/26).
-
Ana fasiq, bidətçi, səhlənkar, uşağa pis baxan olarsa, bu halda ata (özbaşına yox) şəriət məhkəməsinə (əgər məhkəmə yoxdursa, ölkəsindəki elm əhlinə) müraciət edir və məhkəmə (və yaxud elm əhli) hər iki tərəfi dinləyərək hökm verir. Əgәr doğrudan da ana o cür olarsa, bu halda uşaq ataya verilir.
Uşaq həddi-buluğa çatandan sonra əgər valideynlər öz aralarında bir qərara gələ bilməsələr, bu halda uşaq özü seçim edə bilәr. Həmçinin, ataya boşandıqdan sonra belə öz uşaqlarını maddi cəhətdən təmin etmәk vacibdir.