Xarici ölkə səfirliyində qeydiyyatdan keçərkən hicabı aça bilərəmmi?
Sual:
salam.mən hicablı xanımam.xaricə getməliyəm.səfirlikdən keçərkən hicabımı açmaq lazmdı.mən hicab girərkən tövbə etmişəm.indi açsam bunun günahı nə olar? mən nə etməliyəm.?
Cavab:
Və aleykum Salam. Bu hal zərurət halı olduğu üçün hicabı həmin vaxt aça bilərsiniz. Həmçinin, günaha məcbur edilən müsəlman günah daşımır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).