Qadın ərinin qazancından sədəqə verə bilərmi?
Sual:
Salam Aleykum.Qadin oz erinin qazancindan nezir vere bilermi?cavablandirdiqiniz ucun tesekkur edirem,Allah razi olsun!
Cavab:
Və aleykum Salam. Əgər qadının həyat yoldaşı buna narazılıq etmirsə, qadın öz ərinin qazancından sədəqə verə bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əgər qadın ərinin qazancından israf etmədən sədəqə verirsə, o, savab qazanacaq və onun əri də qazancına görə savab qazanacaq". (əl-Buxari "Kitəbuz-Zəkat", 518). Həmçinin oxuyun: Kiməsə nəzir pul vermək olarmı?