Boş evə girəndə salam vermək lazımdırmı?
Sual:
Salam. Boş evə girəndə Salam vermək lazımdı?
Cavab:
Və aleykum Salam. Alimlər aşağıdakı ayənin ümumi mənasına görə boş evə girən insanın salam verməsinin müstəhəb (bəyənilən) əməl olduğunu demişlər - Uca Allah buyurur: "Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz". (ən-Nur, 61). İbn Ömər (Allah ondan razı olsun) demişdir: “Qoy, sizdən biri içində sakin olmayan bir evə daxil olduqda desin: "əs-Sələəmu aleynə və alə ibəədilləəhis-salihin! (Tərcüməsi: Bizə və Allahın əməlisaleh qullarına salam olsun!)". (əl-Buxari "Ədəbul-Mufrad" 1055).