Bağışlamaq yalnız Allaha xasdırmı? Kiməsə "bağışla" demək olarmı?
Və aleykum Salam. "Bağışla" deyərək üzrxahlıq etmək icazəlidir, çünki bağışlamaq insanlara da aiddir. Hər bir insan onun haqqına girən kimsəni bağışlaya, haqqını ona halal edə bilər. Amma günahları isə yalnız Allah bağışlaya bilər. Aşağıdakı ayələrdə həm Allahın, həm də insanların bağışlaması haqqında söz açılır. Uca Allah buyurur: "Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!" (Ali-İmran, 133-136)