Qaynatam sələmə götürdüyü pulu ödəmədən dünyadan köçüb, onun əvəzinə biz ödəməliyikmi?
Sual:
salam aleykum.Exi qaynatam saĝlıĝında qızına cehiz versin deye coxlu sélém götürüb.Ödemeden dünyadan ķöçdü.Ìndi bizden teleb edirler.Mende günahdı,haramdı deye vermek isdemirem.Isderdim bilim ödeyek yoxsa.?Allah razı olsun
Cavab:
Va aleykum Salam. Siz bu işi yaxşı bilən mütəxəssislə məsləhətləşin, sizdən bu borcu tələb etmək hüquqları varmı? Əgər vəziyyət dediyiniz kimidirsə, imkanınız varsa, borcu birdəfəlik bağlayın, əgər buna imkan yoxdursa, onda münasib bir adamdan borc götürüb qaytananızın sələmə aldığı borcu tam ödəyin, sonra da borc aldığınız adama Allahın izni ilə borucnuzu hissə-hissə qaytararsınız. Həmçinin oxuyun: