Suriyaya hicrət etmək olarmı?

    01.07.2017
Kimdən: 
Huseynova Lale
Sual: 
salam aleykum. necesiz? menim qardasim var. 1 aydi ki evde yoxdur ailemiz pis gundedir gozu yaslidir bize yazdiki men samdayam yeni suriya seherinde. biz cox narahatiq. biz ona sual verdikki sen hicrete gedirsen yoxsa cihada bize dediki hicret. men indi size sualim budur. indi suriyaya hicret etmek olar? cox pis durumdayiq anam ele pis agliyir. bu sual biraz pis cixdi. isid haqqinda ne fikirdesiz bizi basa sala bilersiz? indiden Allah sizden razi olsun. salam aleykum...
Cavab: 
Və aleykum Salam.
1. Suriyada fitnə baş verir. Fitnədən isə uzaq durmaq lazımdır. Ölən də, öldürülən də əsasən müsəlmanlardır. 
2. Hicrət kafir ölkəsindən müsəlman ölkəsinə edilir. Bəzi cavanlar pis insanların tələsinə düşərək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolundan üz döndərirlər və Suriyaya getmək üçün Azərbaycanı kafir ölkəsi adlandırıb "hicrət" etmək adı altında terrorçu qruplara qoşulurlar. Daha ətraflı: 
Paylaş: