Etdiyim böyük günahın üstü açıldığı üçün çox çətin vəziyyətdəyəm...
Və aleykum Salam. Etdiyiniz günah nə qədər böyük olsa da, Uca Allah tövbələri qəbul edib günahları bağışlayandır. Siz səmimi qəlbdən peşman olaraq tövbə edin, Allaha yalvarın ki, sizi bağışlasın və çıxış yolu göstərsin. Uca Allah buyurur: "(Qullarıma mənim bu sözümü) de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 52).
Allaha tövbə etdikdən sonra insanların sizi qınamasından qorxmayın, sizə yaxın olan, saleh insanlardan kömək istəyin və səbirli olun, Uca Allah buyurur: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Asanlıq yalnız çətinliklə hasil olar! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!" (əş-Şərh, 5-6). "Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu göstərər, və ona gözləmədiyi və təsəvvür etmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü hədd, müddət təyin etmişdir". (ət-Talaq, 2-3).
İntihar etmək isə böyük günahdır, bunu edənlər Cəhənnəmdə şiddətli cəza alacaqlar. Daha ətraflı:
İntihar etməyin günahı
Ruzinin artması üçün nə etməliyik?
Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?
Tövbə etsəm, Allah məni bağışlayarmı?