Boşandıqdan sonra kəbini geri oxutdurmaq lazımdırmı?
Sual:
Salam Aleykum.
Mənim bir sualım var. Mən ailəli olmuşam və anlaşılmamazlıqdan yollarımızı ayırmışıq. Amma kəbin kağızımız yoxa çıxıb.
Belə bir məlumatım var ki, kəbin kağızı geri oxunmadıqca ər və arvad ayrılmış sayılmır. Bu vəziyyətdə biz ayrılmış sayılmırıq? Və necə bu kəbini poza bilərik?
Bunuda bildirim ki, yaxında nişanlanacağım birisi var və keçmiş kəbinimin pozulmasında israrçıdır və keçmiş yoldaşımla heç cür bir araya gəlib kəbni pozdurmağıma icazə vermir. Məncə haqqlıdır
Sizin məsləhətiniz nədir?
Cavab:
Və aleykum Salam. "Kəbini geri oxutdurmaq" deyilən bir qayda yoxdur. Siz qarşılıqlı şəkildə razılaşaraq boşanmısınızsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır və siz boşanmış sayılırsınız. Daha ətraflı: Boşanıb yenidən ailə qurduqda köhnə kəbini geri oxutdurmaq lazımdırmı?