Başqasının bağından icazəsiz meyvə dərib yemək günahdırmı?

    27.06.2017
Kimdən: 
nərmin
Sual: 
kiminse bağından bağçasından icazəsiz meyvə dərib yemək günahdırmı?
Cavab: 
Salam aleykum. Kiminsə bağından icazəsiz meyvə dərib yemək xırda bir şey olsa da oğurluq sayılır. Həmçinin, oğurlanmış malı yemək başqa bir günahdır və duaların qəbul olunmasına maneədir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Uzun bir səfərə çıxmış bir kişi saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: "Ey Rəbbim! Ey Rəbbim" deyər, lakin yediyi haram, içdiyi haram, geydiyi haram, haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun?" (Muslim, 1686). Bunu edən şəxs tövbə etməli və həmin bağın sahibindən halallıq almalıdır. Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı? 
Paylaş: