Öləcəyim günü əvvəlcədən bilmək istəməyim doğrudurmu?

    01.07.2017
Kimdən: 
REBBIMIN CARESIZ QULU...
Sual: 
SALAM...ONCEDEN TESEKKUR EDIREM ZIKR.AZ HEYYETINE COX SAGOLUN.MEN BURADAN BIR COX SUALLARIMA CAVAP TAPMISAM.ALLAH SIZLERDEN RAZI OLSUN.MENIM SIZE 1 SUALIM VAR.MEN COX ISTEYIREM REBBIM MENE OLECEYIM GUNU AGAH ETSIN.BELE BIR MOCUZE VARMI?CUNKI OLUMDEN QORXMURAM.ONSUZDA BU HEYATDA HERSEY YALANDI,BOS BIR YUXUDU.NECE DEFE OZUMU OLDURMEK ISTEMISEM.AMMA REBBIMDEN QORXMUSAM,GUNAH BILIB UZAQLASMISAM.INANINKI HEYAT MENNIM UCUN MARAQSIZDI.ALLAHIMDAN OZUM UCUN O QEDER OLUM ARZULAMISAMKI.BILIREMKI GUNAH ISLEDIREM.AMA INSANLAR MENI ANLAMIR.AILEMDE HEC ANLAMIR.ONLAR UCUN HERZAMAN CEMIYYETIN NE DUSUNDUYU MARAQLIDI,MENI DUSUNMURLER.MENE KOMEK EDIN.SAGOLUN.REBBIM HERKESIN DUALARIN QEBUL ETSIN.AMIN.INSAALLAH.
Cavab: 
Və aleykum Salam. Allah sizdən də razı olsun. Qeybi yalnız Allah bilir. Uca Allah buyurur: "...Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır". (Loğman, 34). Ona görə siz nə vaxt öləcəyinizi bilməyə çalışmayın. Əksinə, uzun ömür yaşayıb yaxşı əməllər etməyə çalışın. Özünüzə və yaşadığınız cəmiyyətə xeyir verin və Allahdan uzun ömür istəyin. Uca Allah buyurur: "Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma...". (əl-Qasas, 77). Abdullah ibn Busr (Allah ondan razı olsun) rəvayət edir ki, bir bədəvi dedi: "Ey Allahın Elçisi, ən xeyirli insan kimdir?" Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyur­du: "Ömrü uzun və əməli gözəl olan kimsə". (ət-Tirmizi, 2329, 2499). Əgər həyatınızda çətinliklər varsa və insanlar sizi başa düşmürlərsə, aləmlərin Rəbbi olan Allaha israrla dua edin, çünki Onun üçün mümkün olmayan heç bir şey yoxdur. Sadəcə dualarınızda davamlı olun və dualarınızın qəbul olması üçün səbəblərdən istfadə edin. Məsələn, çoxlu xeyirli əməllər etmək, gecə namazı qılmaq və s. Daha ətraflı: 
Paylaş: