Həddi-buluğa çatmayan uşağın vurduğu zərərə görə kim cavabdehdir?
Sual:
Salam əleykum. Əvvəlcədən təçəkkür edirəm ki, bundan əvvəl göndərdiyim suallarıma cavab vermisiz, çox sagolun, Allah Sizlərdən razı olsun. Həddibuluğa çatmayan uşağın günahı onun valideyinləri üçün yazılırmı? Əgər kiçik yaşlı uşağın günahı nə uşağa, nə də valideyninlərinə yazılmırsa, onda həmin uşağın kiməsə vurduğu ziyan üçün cavabdeh kimdir?
Cavab:
Və aleykum Salam. Uşaq həddi-buluğa çatmayıbsa, ona günah yazılmır, lakin onun hərəkətlərinə valideynləri və ya onu himayə edən adamlar cavabdehdirlər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Dəvud, 4380).