İntihar edən şeytana uymuş olur, yoxsa taleyində belə yazılmışdır?

    07.07.2017
Kimdən: 
Azad Məhbus
Sual: 
Salam.mən Qurani Kərimi əzbər bilməsəmdə hər gün bir az oxuyuram tərcüməsini.və bu dünyada hər bir şeyin Allahın nəzarətində olduğuna inanıram.bəzi ayələr var ki mən çaşıram.sualım budur ki intihar edən insan şeytana uymuş oldu yoxsa ona elə taleh yazılmışdı?
Cavab: 
Və aleykum Salam. İntihar etmək ən böyük günahlardandır və Cəhənnəmdə əzab çəkməyə səbəbdir. İnsanlar günah və savab əməlləri öz seçimləri ilə edirlər və Allah onları bu əməlləri etməyə məcbur etmir, ona görə də Allahın hüzurunda əməllərinə görə cavab verəcəklər. Həmçinin şeytan da, insanlara yalnız vəsvəsə verir və əməllərə məcbur etmir. Daha ətraflı:
Paylaş: