Üzü ülgüclə qırxmaq haramdır?

    17.02.2014
Sual: 
Salam aleykum. Islamda kisinin uzune lezva vurmasi haramdirmi?
Cavab: 

Aleykum salam. İslam dininə görə saqqalı qırxmaq kişilərə haram buyurulmuşdur. Peyğəmbər (s.a.s) bu haqda buyurmuşdur: "Allahım mənə saqqal saxlamağı və bığları azaltmağı əmr edib". 
Peyğəmbər özü saqqal saxlamış və ümmətinin kişilərinə saqqal saxlamağı buyurmuşdur: "Bığlarınızı azaldın və saqqallarınızı uzaldın. Özünüzü yəhudilərə oxşatmayın". 
Hədisdə saqqalı uzatmaqda məqsəd onu adi qaydada saxlamaqdır. Saqqalın ən uzun miqdarı isə bir ovucdur. 
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Məcusilər (atəşpərəstlər) saqqallarını qırxır, bığlarını isə uzadırlar. Amma müsəlmanlar bığlarını qısaldır, saqqallaını isə çox saxlayırlar. Saqqal saxlamaq və bığları azaltmaq insanın fitrətindən qaynaqlanır".

Paylaş: