Hz. Əlinin qılıncı neçə başlı idi?
Sual:
salam menim sualim beledi HZ ELI ESSALIMIN QILINCI NECE BASDIDI
Cavab:
Va Aleykum Salam. Tarix kitablarında Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) hədiyyə etdiyi "zülfüqar" adlı qılıncın bir başlı və tutacağının insanın onurğa sümüyünün fəqərələrinə bənzər 9 fəqərəsi olduğu bildirilmişdir. Zülfüqar ərəb sözü olub "fəqərələr sahibi" mənasınıbildirir. Fəqərə sözü onurğa mənasındadır. Bu adın qılınca onun arxasında nahamar və hamar cızıqların olduğu üçün verildiyi nəql olunur. Çoxları elə zənn edir ki, guya "zülfüqar"ın iki baş və tiyəsi var imiş. Amma bu barədə deyilən rəvayət səhih deyil.