Oruclu ikən pis söz danışmaq orucu pozurmu?

    16.02.2014
Sual: 
salam aleykum oruc olduqda agizdan ister istemez nese pis soz cixir ve bu halda oruc pozulur?
Cavab: 

Aleykum salam. Oruc tutarkən günah sözlər danışmaq orucun savabını azaldır. Çünki günah işlər savab işlərə təsir göstərir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim yalan danışmaqdan və yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur". (əl-Buxari, 1903).
Həmçinin, o (salləllahu aleyhi və səlləm) belə demişdir: "Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy: "Mən oruc tutmuşam" - desin". (əl-Buxari 1904). Bu baxımdan oruc tutan qulağı, gözü, dili və bütün əzaları ilə oruc tutmalıdır. Daha ətraflı: Ramazan orucu 

Paylaş: