Divardan şəkil asıb üzərinə də üzərlik qoymaq düzgündür?

    18.02.2014
Sual: 
Salam aleykum. Biz babamzin sheklini divardan asmishiq ve nenem de deyir ki, ustune de uzerik qoymaq lazimdir. Buna nece baxirsiz? Zehmet olmasa mene bu barede genish melumat veresiz. Uca Allah butun cumle olenlere rehmet elesin.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə islam şəriətinə görə əl ilə canlı (ruhu olan) şəkili çəkmək qadağandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu barədə demişdir: "Qiyamət günü Uca Allahın dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır". (əl-Buxari). Əbu Cuheyfə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) bədənə döymə vuran və vurduranı, sələm (faiz) yeyən və yedirdəni lənətləmiş, itin və (zinaya sövq edilmiş) kənizin müqabilində pul almağı qadağan etmiş və rəsm çəkənləri lənətləmişdir". (əl-Buxari). Lakin, ruhu olmayan əşyaların şəkilini çəkmək olar. Rəvayət edilir ki, bir dəfə bir nəfər İbn Abbasın (Allah onlardan razı olsun) yanına gəlib dedi: "Ey Əbu Abbas, mən insanam; mənim dolanışığım əl işlərimdən çıxır; mən bu rəsmləri çəkirəm". İbn Abbas (Allah onlardan razı olsun) dedi: "Mən sənə ancaq Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşit­diyimi danışaca­ğam. Mən onun belə dediyini eşitmişəm: "Kim rəsm çə­kər­sə, (o adam) həmin rəsmə ruh üfürənə qədər Allah ona əzab verər. O isə heç vaxt ona ruh üfürə bilməyəcək". O adam dərindən ah çəkdi və (qor­xudan) onun rəngi saraldı. İbn Abbas (Allah onlardan razı olsun) dedi: "Ay biçarə! Çəkmək istəyirsənsə, ağac və başqa cansız şeylərin şəklini çək". (əl-Buxari, 2225). Fotoaparatla şəkil çəkmək barəsində isə alimlər buna yalnız sənəd üçün çəkdirmək kimi zəruri hallarda icazə vermişlər. Həmçinin, insanın və ya heyvanın şəkilini divardan asmağa və üzərinə üzərlik qoymağa icazə verilmir. 

Teqlər: 
Paylaş: