əl-Mu'minun surəsinin 6-cı ayəsini izah edə bilərsinizmi?

    14.07.2017
Kimdən: 
Rufat
Sual: 
Salam. Men Qurandaki Bu ayenin Sulaini Anlamaq Isdiyirem. Imman Varsa Mene basa Salardiz. Sohbet almumin suresinnen Gedir. Almumin 6 ci ayesinnen. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar
Cavab: 

Va aleykum Salam. Uca Allah möminlərinin xüsusiyyətlərini vəsf edərkən belə buyurur: "O kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar". (əl-Mu'minun, 5-6).
Ayənin təfsirində deyirlir ki, onlar öz övrət yerlərini zinadan qoruyurlar. Amma bunu ən kamil tərzdə etməyə o şəxslər nail olurlar ki, onlar zinakarlığa sövq edə bilən hər şeydən çəkinmiş olsunlar. Belə zinakarlıq hallarına aid olan hərəkətlər: özgə qadına nəzər salmaq, ona toxunmaq və s. əməllərdir. Lakin möminlərə öz zövcələri və cariyələri (kənizlər) ilə intim əlaqəyə girməyə icazə verilir. Allah Öz bəndələrinin bu davranışına icazə vermişdi və buna görə onlar qınanmırdılar. (Abdur-Rahmən ibn Nasir əs-Sə'di "Müqəddəs Quranın Təfsiri" ƏL-MUMİNUN SURƏSİNİN ŞƏRHİ). Daha ətraflı: Cariyələrlə evlənmək haqqında ayələri izah edə bilərsinizmi?

Teqlər: 
Paylaş: