Qurban deyib sonra əvəzində pulla sədəqə vermək olarmı?

    10.08.2017
Kimdən: 
Leyla
Sual: 
Salam.niyyet etdiyim qurbani pulla evez etmek olarmi?meyve agaci ekib Allaha cox dua edib yalvarmaq olarmi ki onun savabini valideynlerime yazsin.Allaha ovladlarimi seytan serrinden,zinadan,butun gunahlardan,qeza qederden qoruyub imanlarini artirsin deye niyyet edib qurban kesmek olarmi?yoldasimi zinadan,haramdan cekindirib sevgi baglarimiz mohkemlensin,mene ailemize bagli olsun,imani artib Allaha baglansin deye niyyet edib qurban kesmek olarmi?Rebbim size hem bu dunyada hem o dunyada cennet bexs etsin InshaAllah.tesekkur edirem.
Cavab: 

 Va aleykum Salam.

1. Allah qarşısında nəzir və ya niyyət qismində verilən sözün imkan daxilində yerinə yetirilməsi nəzirin əsas şərtlərindəndir. Qurban kəsəcəyinə niyyət edib, sonra onun əvəzinə pul ilə sədəqə vermək olmaz. Qurbanda nəyin kəsiləcəyi niyyət edilibsə, onu da qurban olaraq kəsmək lazımdır. Həmçinin oxuyun:
İslam fiqhi: Nəzir və and bölümü
Niyyət edib qurban kəsmək olarmı?

2. Heç bir səhih hədisdə yaxşı əməl edib savabını kiməsə hədiyyə etmək buyurulmamışdır. Qurani Kərimin ayələrindən və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərindən aydın olur ki, insanın etdiyi əməllərin savabı və ya günahı yalnız özünə aiddir. Amma övlad valideyni üçün bəzi xeyirli əməllər edə və valideyn bunun müqabilində savab qazana bilər. Daha ətraflı: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər? 

3. Zinadan, günahlardan və s. qorunmaq üçün niyyət edərək qurban kəsmək icazəlidir, lakin onu Qurban bayramında kəsilən qurban ilə qarışdırmaq olmaz, başqa bir gündə kəsilməsi daha münasibdir. 

Teqlər: 
Paylaş: